21 Oktyabr 2015-ci il tarixində Qazax Rayonu Daş Salahlı kənd tam orta məktəbinin şagirdləri Qazax Sement Zavoduna ekskursiyaya gəlmişlər. Səfər zamanı məktəblilərə zavod haqqında ətraflı məlumat verilmiş, sənaye müəssisəsinin ümumi Respublikanın və xüsusilə Qərb regionunun iqtisadı və sosial inkişafındakı rolu diqqətə çatdırılmışdır. Məktəblilər müasir laboratoriya, istehsal və paketləmə xətti ilə tanış olmuş, zavodun yeməkxanasında işçilərlə birlikdə nahar etmişlər.

Zavodun İşlər İdarəsinin rəisi Əlif Məmmədov bildirib ki, artıq ənənə halını almış bu cür ekskursiyaların keçirilməsində əsas məqsəd şagirdləri zavodun istehsal prosesi ilə yaxından tanış etməklə yanaşı, onların gələcəkdə ixtisas seçimində sement zavod ilə əlaqədar sahələrin seçilməsini stimullaşdırmaq, və nəticədə ixtisaslı kadrların əhəmiyyətli hissəsinin zavoda qonşu ərazilərdən təmin edilməsindən ibarətdir.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC