“Akkord Sement” 2015-ci ilin May ayından başlayaraq Azərbaycan Respublikası tarixində ilk dəfə sement ixracını həyata keçirən şirkət oldu. İmzalanmış müqaviləyə uyğun olaraq istehsal olunan məhsulun 75 000 tonu 2015-ci ildə ixrac olunacaq.

2013-cü ilin sonunda istifadəyə verilmiş zavod Azərbaycanın Qərb regionunda fəaliyyət göstərən ən iri istehsal müəssisəsidir. Zavodun istehsal gücü günlük 2’500 ton klinker və ya illik 1 milyon ton sement təşkil edir. Şirkət hazırda qalaq və kisə şəklində yüksək möhkəmliyə malik sementlər, o cümlədən sulfatadavamlı sement istehsal edir. Zavodun istehsal etdiyi məhsulların satışı Azərbaycanın bütün regionlarında, o cümlədən Bakı-Abşeron yarımadasında həyata keçirilir. Məhsulların müştərilərə vaxtında çatdırılmasını təmin etmək üçün şirkətin Bakıda və digər regionlarda çoxfunksiyalı Logistika Mərkəzləri təşkil edilmişdir.

2018-ci ilə qədər şirkət sement istehsal həcminin genişləndirilərək illik 3 milyon tona çatdırılmasını, o cümlədən zavod ərazisində iri istehsal texnoparkının yaradılmasını planlaşdırır.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC