Qazax Sement Zavodu MMC 07 may 2015-ci il tarixində Ulu Öndər Heydər Əliyevin 92-ci ildönümü ilə bağlı tədbir keçirdi.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin büstü önünə gül dəstələri qoymuş və onun xatirəsini ehtiramla yad edilmişlər.

Tədbirdə Ulu Öndərin zəngin siyasi fəaliyyəti, dövlətçiliyimizin qorunması və möhkəmlənməsi uğrunda apardığı mübarizədən bəhs olunmuşdur. Ulu Öndərin rəhbərliyi dövründə Respublikada iri mülki və sənaye obyektlərinin tikintisi, ölkənin gələcək çiçəklənməsi, ölkədə siyasi sabitliyin yaradılması istiqamətində görülmüş işlər tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Tədbir sonunda Gül bayramına həsr olunmuş ağacəkmə aksiyası çərçivəsində zavod ərazisində 30 ədəd ağac əkilmişdir.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC