Qazax Sement Zavodu MMC 12 Dekabrda Ulu Öndərin Anım Günü ilə əlaqədar geniş tədbir keçirdi. Tədbirdə zavodun rəhbərliyi, mühəndis texniki heyəti, o cümlədən Çin XR və Türkiyədən zavoda dəvət olunmuş mütəxəssislər də iştirak edirdi.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstəsi qoymuş, onun xatirəsini ehtiramla yad etmişlər, daha sonra zavodda təşkil edilmiş tədbirə qatılmışlar.

Tədbirdə tarixin müxtəlif dövrlərində Ulu Öndərin zəngin siyasi fəaliyyəti, dövlətçiliyimizin qorunması və möhkəmlənməsi uğrunda apardığı mübarizədən bəhs olunmuşdur. Ulu Öndərin rəhbərliyi dövründə Respublikada iri mülki və sənaye obyektlərinin tikintisi, ölkənin gələcək çiçəklənməsi, ölkədə siyasi sabitliyin yaradılması istiqamətində görülmüş işlər tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Çıxış edənlər qeyd etmişlər ki, ümummilli lider Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi və xalq məhəbbətini qazanmış öndər kimi qalmışdır.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC