22-25 oktyabr 2014-cü il tarixində Bakı Ekspo Mərkəzində BakuBuild 2014 – Azərbaycan Beynəlxalq İnşaat sərgisi keçirilmişdir. Qazax Sement Zavodu MMC bu sərgidə sponsor kimi çıxış etmiş, istehsal olunan kisə (Sulfasem, Mastersem, Unisem) və qalaq (Betonsem, Sulfasem) sement məhsullarını, o cümlədən satış və satışdan sonrakı texniki dəstək xidmətləri haqqında ziyarətçiləri məlumatlandırmışdır. Sərginin ilk günlərindən zavodun stendinə ziyarətçilərin aktivliyi müşahidə olunmuş, sərgi günləri ərzində müştərilərlə və sement istifadəçiləri ilə müzakirələr aparılmış, ilkin razılıqlar əldə olunmuşdur, həmçinin KİV nümayəndələrinin zavodun fəaliyyətinə dair çoxsaylı sualları cavablandırılmışdır. Məqsədyönlü fəaliyyətin nəticəsi olaraq Qazax Sement Zavodun sərgidə iştirakı ölkənin öndə gedən KİV-də işıqlandırılmışdır.

BakuBuild 2014 – Azərbaycan Beynəlxalq İnşaat sərgisində dünyanın 30-dək ölkəsindən 500-dək şirkət, o cümlədən 10000 nəfərə yaxın mütəxəssis iştirak etmişdir. Sərginin keçirilməsinə xüsusi diqqət olaraq, Respublikanın İqtisadiyyat və Sənaye Naziri cənab Şahin Mustafayev, həmçinin Sahibkarlığa Dəstək Konfederasiyası və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbər şəxsləri də sərgidə iştirak etmiş və Qazax Sement Zavodunun stendini ziyarət etmişlər. Cənab Nazir Ş. Mustafayevə zavodun istehsal gücü, inşası planlaşdırılan 5000 ton/gün həcmli yeni klinker xətti barədə, o cümlədən yeni kisə və qalaq sement məhsulları haqqında məlumat verilmiş, zavodun Regionların sosial-iqtisadi inkişafında və regionlarda məşğulluğun dəstəklənməsində oynadığı rol haqqında məruzə edilmişdir.

Sərgi günləri ərzində Qazax Sement Zavodu MMC sərgidə fəallığı və daha çox müştərilərin ziyatərinə əsasən Baku Build 2014 sərgisinin təşkilatçıları tərəfindən “Ən yaxşı müştəri cəlb olunan” şirkət olaraq sertifikata layiq görülmüşdür.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC