Qazax Sement Zavodu 22-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək BakuBuild 2014 – Azərbaycan Beynəlxalq İnşaat sərgisində sponsor olaraq iştirak edəcəkdir. Sərgidə dünyanın 30-a qədər ölkəsinin 500-dən çox şirkəti öz məhsullarını və xidmətlərini ziyarətçilərə təqdim edəcəkdir.

Qazax Sement Zavodu MMC həm sərginin iştirakçısı, həm də sərginin sponsorlarından biridir. Sərgi zamanı zavodun stendində sement məhsulları və yeniliklər təqdim edəcək, məhsulların texniki parametrləri, istifadə sahələri, habelə satışdan sonrakı texniki dəstək haqda məlumatlar veriləcək, müzakirələr aparılacaq.

Odur ki, inşaat sektorunda fəaliyyət göstərən və ümumiyyətlə sement ilə maraqlanan şirkətləri və şəxsləri BakuBuild 2014 İnşaat Sərgisinə Qazax Sement Zavodunun (Akkord Sement) stendinə dəvət edirik.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC