Qazax Sement Zavodu MMC Qərb regionunda fəaliyyət göstərən iri sənaye müəssisəsi olaraq hər zaman regionun sosial – iqtisadi inkişafına öz dəstəyini göstərməkdədir. Zavoda yaxın kəndlərdə uşaq bağçalarının tikintisi, əsaslı təmiri, rayonun sərhədyanı kəndlərində yaşayan şəhid ailərlərinə dəstək göstərilməklə bərabər, zavod tərəfindən təhsildə fərqlənənlər də hər zaman diqqət mərkəzində saxlanılır. Buna bənzər sosial layihələrin davamı olaraq, 2019-cu ildə Qazax və Ağstafa rayonlarının orta məktəblərini bitirib Ali məktəblərə yüksək balla daxil olan 11 tələbə zavod tərəfindən mükafatlandırılmlışdır. 05 Sentyabr 2019-cu ildə Ağstafa rayonunda Ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən tələbələrlə keçirilən tədbirdə 620 baldan yuxarı nəticə göstərən tələbələrlə zavod arasında müqavilə imzalanmışdır. Bağlanmış müqaviləyə əsasən həmin tələbələr Ali məktəbi bitirənədək zavod tərəfindən aylıq təqaüdlə təmin olunacaq, eyni zamanda tələbələr yay – təcrübə proqramları ərəfəsindən zavoda dəvət olunaraq burada zəruri nəzəri və praktiki biliklərə yiyələnəcəklər.

Tələbələrlə görüş zamanı Ağstafa RİHB cənab Nizaməddin Quliyev və Rayon Təhsil Şöbəsinin Müdiri cənab Kamran Abbasov zavodun region təhsilinin inkişafındakı dəstəyini yüksək qiymətləndirmiş və bu dəstəyə görə zavod rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.

Tədbirin sonunda tələbələrə digər hədiyyələr təqdim olunmuş və tədbir ziyafətlə yekunlaşmışdır.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC