04 Oktyabr 2014-cü il tarixində Qazax Sement Zavodunda Qurban bayramı ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə zavodun direktoru Hikmət Qəribov çıxış edərək işçilərə, onların ailələrinə bayram münasibətilə ən xoş arzularını çatdırmış, şirkətimizin hər zaman yeni-yeni uğurlara nail olmasını arzulamışdır. Tədbirdən sonra şirkətimiz adından kəsilmiş qurbanlar zavod kollektivinə paylanmışdır.

Bundan başqa Qazax Sement Zavodu MMC-nin bir qrup əməkdaşı Qurban bayramı münasibəti ilə Daş Salahlı kəndində yaşayan şəhid ailələrini ziyarət etmiş, onlara bayram sovqatları vermişdir.

Bu tədbirlər Qazax Sement Zavodunun sosial məsuliyyət siyasətinə uyğun təşkil edilir və gələcəkdə də belə sosial layihələrin davam etdirilməsi nəzərdə tutulur.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC