Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi regionların sosial iqtisadi inkişafı Dövlət Proqramları ilə Respublikanın regionlarında qurulmuş müasir sənaye müəssisələri öz fəaliyyətlərini daim genişləndirməklə ixrac potensialını artıtır, həmçinin idarəetmə və yeni innovasiyanın tətbiqi ilə dünyanın aparıcı ölkələrinin müəssisələri ilə rəqabət aparır.
01 oktyabr – 02 oktyabr 2019-cu il tarixləri arasında Almaniyanın paytaxtı Berlin şəhərində beynəlxalq sement konfransı çərçivəsində 2019-cu il ərzində Sement sənayesi üzrə fəaliyyət göstərən şirkətlərin mükafatlandırılması (Cement İndustry Awards 2019) keçiriləcək. Konfransda dünyanın 30 dan çox ölkəsindən dəvət olunan sement sənayesi şirkətləri iştirak edəcək və burada sement sənayesi üzrə fəaliyyət göstərən şirkətlərin 2019-ci il üzrə nailiyyətlərinin mükafatlandırılması keçiriləcək.
Mükafatlandırma istehsalın optimallaşdırılması, modernləşdirmə, təhlükəsizlik, ətraf mühitin qorunması və müəssisələrin digər əsas göstəriciləri nəzərə alınmaqla həyata keçirilir.3 fərqli nominasiyada üzrə keçiriləcək mükafatlandırmada Almaniya, Avstriya, Türkiyə, Argentina, ABŞ və Afrika ölkələrinin aparıcı sement sənayesi şirkətləri ilə yanaşı Qazax Sement Zavodu MMC (Akkord Sement) də iştirak edəcək.
Qeyd etmək istərdik ki, Qazax Sement Zavodu MMC (Akkord Sement) bu mükafatlandırma üçün ilkin mərkələni keçərək “ilin sement zavodu” nominasiyası üzrə nominant olaraq seçilmişdir və ölkəmizi CTP (Avstriya) GmbH və Opterra Zement GmbH (Almaniya) W P Zement, Avstriya, Çimsa Türkiyə, Loma Negra, Argentina (Recycomb) və (Lomax), thyssenkrupp, INSEE Ecocyle və Sement materialları istehsalçıları (Cənubi Afrika) kimi aparıcı şirkətlər arasında təmsil edəcəkdir.
Mükafatlandırma aşağıdakı 3 nominasiya üzrə keçiriləcək:
1. İlin sement zavodu
2. İlin sement layihəsi
3. Ətraf mühitin qorunması
Zavodumuzun bu möhtəşəm tədbirdə iştirakı üçün kollektivimizi təbrik edir və zavodumuza uğurlar arzulayırıq.
Nominasiya haqqında ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz.

https://www.cemnet.com/Conference/Item/183061/ICR-Cement-Industry-Awards-2019

https://azertag.az/xeber/__Qazax_Sement_Zavodu_Berlinde_kechirilecek_mukafatlandirma_merasiminde_istirak_edecek-1331877

https://az.trend.az/business/3120809.html

https://haqqin.az/news/158577

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC