“Qazax Sement Zavodu” MMC 22-25 Oktyabr 2019-cu il tarixlərində Bakı Expo mərkəzdə keçirilən “Bakubuild 2019” İnşaat sərgisində iştirak edir. İnşaat sahəsinin vacib tədbirlərindən biri olan bu sərgidə Respublikada fəaliyyət göstərən aparıcı inşaat şirkətləri ilə yanaşı Avropa, Asiya və MDB ölkələrindən də 200-dək şirkət iştirak edir.

İnşaat Səgisində zavodun fəal iştirakı, daha çox ziyarətçi cəlb etməsi və ən yaxşı stendin təqdimatına əsasən sərginin təşkilatçısı “Caspian Event Organisers” MMC tərəfindən “Qazax Sement Zavodu” MMC xüsusi mükafata layiq görüldü.

Zavodun stendi sərgi günləri ərzində müxtəlif dövlət qurumlarının, inşaat şirkətlərinin və KİV nümayəndələrinin böyük marağına səbəb olmuşdur, ziyarətçilərə 2019-cu ilin uğurları, gələcək planlar və beton leqo blokların təqdimatı keçirilmiş, yeni tərəfdaşlarla işgüzar əlaqələr qurulmuşdur.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC