Qazax Sement Zavodu MMC Qərb regionunda fəaliyyət göstərən iri sənaye müəssisəsi olaraq hər zaman regionun sosial – iqtisadi inkişafına, təhsilə öz dəstəyini göstərməkdədir.

12 fevral 2020-ci il tarixində zavodda tələbələrlə görüş keçirilmişdir. Görüş zamanı onlara təhsillərində müvəfəqiyyətli, aktiv olmaları tövsiyyə edilmiş və Ali məktəbi bitirdikdən sonra zavodun müxtəlif sahələrində çalışmaları üçün onlara ilkin təcrübə-nəzəri biliklərin verilməsində münasib şəraitin yaradılacağı bildirilmişdir. Məlumdur ki, 2019-cu ilin sentyabr ayında Qazax və Ağstafa rayonlarının orta məktəblərindən məzun olan və Ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən (620 baldan yuxarı) 11 nəfər tələbə ilə zavod arasında müqavilə imzalanmışdır. Bağlanmış müqaviləyə əsasən həmin tələbələr Ali məktəbi bitirənədək zavod tərəfindən aylıq təqaüdlə təmin olunacaq, eyni zamanda tələbələr yay - təcrübə proqramları ərəfəsindən zavoda dəvət olunaraq, burada zəruri nəzəri və praktiki biliklərə yiyələnəcəklər.

Zavodun bu layihəni reallaşdırmasında əsas məqsədi regionun savadlı tələblərinə təhsillərində dəstək olmaq, eyni zamanda gələcəkdə daha peşəkar və ixtisaslı kardların zavodda işlə təmin edilməsi ilə regionda məşğulluq səviyyəsinin artırılmasına dəstək olmaqdır.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC