Fevralın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin məşğulluğunu artırmaq məqsədi ilə növbəti dəfə tələbə və məzunlar üçün Karyera sərgisi təşkil olundu. 1500 – dən çox tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılandı. Sərgidə nazirliklər, dövlət qurumları, komitə və təşkilatlar, aparıcı müəssisələr iştirak etdilər.

      Ölkənin aparıcı şirkətlərindən Azərbaycan Dövlət Neft Şirkəti, BP Azərbaycan, Kapital Bank, Beynəlxalq Bank, Paşa İnşaat, PMD Projects, Akkord STİK, İmprotex İndustries MMC, Kristal Abşeron MTK, Embawood MMC eləcə də digər dövlət və özəl şirkətlər sərgidə vacant iş yerilərini iştirakçılara təqdim etdilər.

     Qazax Sement Zavodu MMC də ölkənin ən aparıcı şirkətlərindən biri olaraq sərgidə iştirak etdi. Zavodda tələbələr üçün təşkil olunacaq istehsalat təcrübəsi haqqında məlumat verildi və iştirak etmək üçün maraqlanan tələbələrin müraciətləri qeydiyyata alındı. Sonda isə zavod adından tələbələrə müxtəlif hədiyyələr təqdim olundu.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC