Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin regionların sosial inkişafı sahəsində verdiyi fərmanlar və dövlət proqramlarında nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, investisiya qoyuluşunun və müəssisələrin məhsularlığının artırılmasına böyük təkan vermişdir.

Bu proqramlara uyğun olaraq Qazax Sement Zavodu MMC klinker və sement istehsalı həcminin, o cümlədən Respublikanın qərb regionunda yerləşməsi ilə Gürcüstan Respublikasına klinker ixrac potensialının artırılmasına istiqamətlənən investisiya layihəsini reallaşdırır.

“Qazax Sement Zavodu” MMC Almaniyanın “Sustained Visions” şirkəti ilə birlikdə 2-4 Mart 2020-ci ildə Dubayda keçirilən Beynəlxalq Sement Konfransı ”İntercem Dubai 2020” –də iştirak etdi. Konfransda Qazax Sement Zavodu MMC-nin Rəhbərliyi və “Sustained Visions” şirkətinin mütəxəssisləri “Minimal İnvestisiyanın xərclənməsi ilə məhsuldarlığın artırılması” mövzusunda çıxış etmişdir.

İştirakçılara 2019 və 2020-ci ildə zavodda əldə edilən nailiyyətlər, klinker və sement istehsalı həcminin, o cümlədən ixrac potensialının artırılmasına istiqamətlənən investisiya layihələri barədə məlumat verilmişdir.

Məlumat üçün bildirik ki, konfransda dünyanın 40-dək ölkəsindən təxminən 300-dək nümayəndə iştirak edirdi.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC