Respublikamızda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Qazax Sement Zavodu MMC də Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın xüsusi karantin rejimi tələblərinə uyğun fəaliyyət göstərir, zavodda mütəmadi dezinfeksiya və digər tədbirlər həyata keçirilir.

Belə ki, zavodun ofis binası, yeməkxana və işçi yataqxanalarında müntəzəm olaraq dezinfeksiya işləri aparılır, zavoda daxil olan işçi və qonaqlar həkim qrupu tərəfindən temperatur yoxlaması və digər profilaktik yoxlamalardan keçirilir. İşçilərin zavod ərazisində zəruri maska və əlcəklərdən istifadəsi təmin edilir, eyni zamanda bina və ofislərin giriş – çıxışlarında əllərin dezinfeksiyası üçün spirt və xüsusi salfetlər yerləşdirilir.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC