Qazax Sement Zavodu MMC Respublikanın qərb regionunda iri sənaye müəssisəsi kimi fəaliyyət göstərməklə yanaşı, regionun sosial-iqtisadi inkişafına da öz dəstəyini göstərməkdədir. Zavod tərəfindən Qazax rayonunun kəndlərində uşaq bağçalarının tikintisi, əsaslı təmiri və digər vacib layihələr uğurla davam etdirilir.

20 avqust 2020-ci il tarixində Qazax rayonu, Daş Salahlı kəndində inşa olunacaq 60 yerlik uşaq bağçasının təməlqoyma mərasimi keçirilmişdir. Mərasimdə Qazax RİH  nümayəndələri, zavod rəhbərliyi və digər qonaqlar iştirak etmişdir.

Layihə üzrə bağçanın tikintisinin 2020-ci ilin sonuna tamamlanması və 2021-ci ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır. Bağçada uşaqların oyun otağı, yataq otağı, musiqi otağı, müəllimlər otağı, mətbəx və s. inşa olunaraq, bütün zəruri avadanlıqlar da təchiz edilməklə uşaqların istifadəsinə veriləcək.

Qeyd edək ki, zavod tərəfindən daha əvvəl Daş Salahlı kəndində bağça üçün nəzərdə tutulmuş köhnə uçuq tikili sökülüb, yerində 35 yerlik 2 saylı və 20 yerlik 3 saylı uşaq bağçaları tikilib istifadəyə verilmişdir.

    Ümüdvarıq ki, bu bağça uzun illər ərzində Qazax rayonu, Daşsalahlı kəndində yaşayan fidan balalarımız üçün bir hədiyyə olaraq, onların vətənpərvər şəxsiyyət kimi formalaşmasında bir ocaq olacaqdır.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC