Dövlət tərəfindən əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərə “Qazax Sement Zavodu” MMC tərəfindən də lazımi dəstək göstərilməkdədir.

 Respublikada ağır koronavirus xəstələrinin müalicəsində istifadə olunması məqsədi ilə Zavod hesabına Almaniyadan, Axcent Medical şirkətinin istehsalı olan 50 ədəd müasir Lyra x2 süni nəfəs aparatının gətirilməsi sifariş verilmişdir. Avadanlıqların 13 ədədi iyul ayında, qalan 37 ədədi isə sentyabr ayında Respublikaya gətirilərək ağır koronavirus xəstələrinin müalicəsi üçün aidiyyatı üzrə təhvil verilmişdir.

“Qazax Sement Zavodu” MMC koronavirusla mübarizə üçün 50 ədəd süni nəfəs aparatının Respublikaya gətirilməsini tamamladı
Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC