27 sentyabr tarixindən etibarən Azərbaycan Ordusunun təmas xətti boyunca Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktına başlamışdır. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən özünü müdafiə hüququ çərçivəsində və mülki əhalini müdafiə etmək məqsədilə əks-həmlələr həyata keçirilməyə başlanılmışdır.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən aparılmış uğurlu hərbi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli ərazilər azad olunmuşdur. Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgər kəndləri işğaldan azad edilmişdir. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülmüşdür. Hazırda Azərbaycan ordusu bütün cəbhəboyu düşmən mövqelərinə sarısıcı zərbələr endirir.

28 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” sərəncam imzalamışdır. Səfərbərlik sərəncamına uyğun çağırışçılar böyük ruh hissi ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün aparılan döyüş əməliyyatlarında iştirak etmək üçün yollanmışdır.

“Qazax Sement Zavodu” MMC-nin də 21 nəfər əməkdaşı torpaqların azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edir.

Ordumuza yeni zəfərlər arzulayırıq.

Qələbə bizimlədir!

“Qazax Sement Zavodu” MMC-nin əməkdaşları torpaqların azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edir
Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC