“Qazax Sement Zavodu” MMC torpaqlarımızın düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə Ordumuzun uğurlu əməliyyatına dəstək olmaq məqsədilə Silahlı Qüvvələrin Yardım Fonduna 200 min manat məbləğində ianə köçürüb.

Bu günlərdə müasir Azərbaycan tarixinin şanlı hərbi salnaməsi yazılmaqdadır. Azərbaycan ordusu xalqımızın güvən yeri və qürur mənbəyidir. Zavodun 30 nəfərədək əməkdaşının torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirakı bütün kollektivimizi qürurlandırır.

Zavod eyni zamanda Qazax RİH-nin nümayəndələri ilə rayonda Silahlı Qüvvələrə dəstəklə bağlı həyata keçirilən digər tədbirlərin də aktiv iştirakçısıdır.

“Qazax Sement Zavodu” MMC Silahlı Qüvvələrin Yardım Fonduna 200 min manat ayırıb
Bütün haqqlar qorunur © 2020 “Qazax Sement Zavodu” MMC