Müasir işgüzar mühitdə müəssisədaxili korporativ tədbirlərin keçirilməsi komanda üzvləri arasında birliyin gücləndirilməsi üçün vacib bir üsula çevrilmişdir. Bu, həm də istehsalat və ofis əməkdaşları arasında kommunikasıyanın yaxışlaşdırılması və bilavasitə biznesin inkişafı üçün ən optimal vasitədir.

“Qazax Sement Zavodu” MMC hər zaman sahib olduğu ən vacib kapitalının insan resursu olduğunun fərqində olmuş və fəaliyyətini insan resurslarının idarəolunması üçün lazımi vasitələrdən səmərəli istifadə etməklə qurmuşdur.

Müəssisə işçilər arasında kommunikasiyanın gücləndirilməsi və əmək kollektivi arasında olan komanda ruhunun möhkəmləndirilməsi məqsədilə, 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar aylarında bir sıra korporativ tədbirlər həyata keçirmişdir.

Tədbirlər, “Qazax Sement Zavodu” MMC ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Port of Baku) arasında bağlanılmış qarşılıqlı razılaşma əsasında, "Liman İcmasının Qayğıları" proqramı əsasında təşkil olunmuşdur. Bu proqram çərçivəsində, “Corporate Wild Camp” və “Corporate Kitchen” mövzuları üzrə tədbirlər təşkil olunmuşdur.

24-25 dekabr 2021-ci il tarixlərində Qəbələ şəhərində yerləşən “Qafqaz Riverside” otelində təşkil olunmuş “Corporate Wild Camp” tədbirində Müəssisənin 30-dan çox əməkdaşı iştirak etmişdir. Əsasən ofis və istehsalat sahəsindən ibarət olan heyət üçün  bir çox interaktiv əyləncəli oyun və aktlar həyata keçirilmişdir.

Proqram çərçivəsində ikinci mərhələ üzrə tədbir 04-05 yanvar 2022-ci il tarixlərində Şamaxı şəhərində yerləşən “Şamaxı Palace Şaradil” otelində “Corporate Kitchen” mövzusu üzrə keçirilmişdir. Bu tədbirdə də müəssisənin 30-dan çox əməkdaşı iştirak etmişdir. Tədbir, Azərbaycan Kulinariya Mütəxəssisləri Asossasiyasının, eləcə də Slow Food Aşpazlar Alyansının üzvü Vüsal Talıbzadənin rəhbərliyi altında həyata keçirilmişdir.

Yuxarıda qeyd olunan məsələlərə əsasən qeyd etmək istəyirik ki, müəssisədaxili motivasiyanın yüksək səviyyədə saxlanılması, işçilərin bir-biri ilə əlaqələrinin gücləndirilməsi, komanda ruhunun artırılması və işçilərin sosial rifahının yaxşılaşdırılması müəssisə Rəhbərliyinin daim xüsusi diqqətində olmuşdur. Müəssisənin əmək kollektivi Rəhbərlik tərəfindən onlar üzərində olan bu qayğı və diqqəti hər zaman hiss etmiş və öz dərin təşəkkürlərini bildirmişdirlər.

 

 

Bütün haqqlar qorunur © 2022 “Qazax Sement Zavodu” MMC