Azərbaycanlıların uzun müddətdən bəri müxtəlif sahələrdə - bədii yaradıcılıq, tarix, jurnalistika sahələrində qazandığı uğurları təhlil edəcəyik.

Sözün əsl mənasında qısa müddət ərzində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. SSRİ-nin dağılması  Azərbaycana daha şiddətli təsir edərək  Qarabağ münaqişəsinin yaranmasını gətirmişdir.

Hazırda bu münaqişənin fəsadlarını indiki Azərbaycan nəsli müstəqillik dövründə toplanmış  siyasi, iqtisadi resursları ilə aradan qaldırmağa çalışır.

Münaqişənin aradan qaldırılmasını həyata keçirən təsəvvür edilməyən yeni güclü Azərbaycan dövləti yaranır. Rəsmi təbliğat çərçivəsində bu haqda geniş məlumatlar verilmişdir. Azərbaycanın uzun müddətdən bəri siyasi sahədə apardığı mübarizə Qarabağda reallaşmağa başlamışdır. Yeni layihənin həyata keçirilməsi üçün real zəmin yaranır.

Dövlətlərin tarixində elə dövrlər var ki, həmin dövrlərdə o xalqa yeni imkanlar yaratmaqla  daha parlaq gələcək qurmaq imkanları verilir. Ermənistan xalqına gələcək nəsillərinin taleyini həll etməsi üçün  hazırda daha çox imkanlar verilmişdir.

 

Azərbaycanlılar bu qələbəyə layiqdirlər. Burada söhbət torpaqların azad edilməsi ilə yanaşı, həmçinin yeni iqtisadi, sosial inkişafdan da gedir.

İndi Azərbaycanda praktik olaraq optimal inzibati idarəetmə modeli qurulub.

Azərbaycan ordusu hazırda regional səviyyədə digər dövlətlərdən asılı olmayaraq qüvvələr nisbətini öz xeyrinə dəyişməyə qadir olan bir ordudur. İndi cəbhədə qazanılan uğurlar ümumi qəbul edilən itki səviyyəsi ilə əldə olunur. Azərbaycan ordusuna xalqın güvəni sonsuzdur.

İdarəetmə sahəsində dövlət xidmətləri sistemi vasitəsi ilə vətəndaşlar və dövlət qurumları arasında qarşılıqlı əlaqələrin optimal modeli qurulmuşdur (ASAN Xidmət). Qısa müddətdə belə bir nailiyyətin əldə olunması müsbət haldır. İqtisadi inkişaf islahatları və modelləri sahəsində ən yaxşı xarici təcrübə - McKinsey beynəlxalq konsaltinq şirkətinin "yol xəritələri" sisteminə uyğun olaraq, ölkənin strateji inkişafı  modeli seçildi. Bir sözlə, karbohidrogen ixracatçısı aparıcı lokomotiv olmaqla, 10-12 milyon vətəndaş arasında ölkə üçün optimal idarəetmə strategiyası qurulmuşdur.

Qarabağın bərpası layihəsi ölkəni yeni inkişafa aparacaq ilhamverici bir layihədir. Nəzərə alsaq ki, keçən əsrin 30 və 40- cı illərində qərb öləkələrində olduğu kimi kredit və borc içərisində olan , milyon sayda ordularla, yüz minlərlə istehsalçı,  məhdud hüquqları və xusisi mülkiyyəti olmayan (sovet modeli) , fərqli olaraq 20 –ci əsrdə əldə edilən hərbi nailiyyət - müasir model olaraq dövləti yenidən səfərbər etməyə imkan verir.

Bu gün Qarabağın bərpası və orada yeni layihələrin reallaşdırılması Azərbaycan xalqı üçün olduqca ilhamverici bir layihədir.  Hazırda fakt odur ki, Qarabağın sosial-iqtisadi bərpasına yönəldiləcək qüvvələr bütün ölkəni dəyişdirməyə qadirdir. Burada əsas rol xalqın istəyidir. Konkret olaraq nə ilə nəticələnəcək? ÜDM-in 2 dəfəyədək artması, sənayenin inkişafı, özəl sahənin və digər sahələrin sürətli inkişafı.

 

Bütün haqqlar qorunur © 2020 “Qazax Sement Zavodu” MMC