Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə idmanın, o cümlədən güləşin inkişafını daha da sürətləndirmək, müvafiq maddi-texniki bazanın, infrastrukturun qurulması, yeni güləş klublarının açılması, lazımi şəraiti olan idman zallarının istifadəyə verilməsi prosesi Respublikanın bütün regionlarında sürətlə aparılır.
Bu məqsədlə Qazax Sement Zavodu MMC-nin sponsorluğu ilə Tovuz  Olimpia İdman Kompleksində güləş klubunun maddi-texniki bazasının yaradılması, güləş idman müəllimlərinin xidmətə cəlb edilməsi ilə güləş zalı idmançıların istifadəsinə verilmişdir.
01 Avqust 2019-cu il tarixində Tovuz Güləş Klubunun açılışı olub. Tovuz Olimpiya İdman Kompleksində təntənəli açılış mərasimi təşkil olunub. Tədbirdə Azərbaycan Güləş Federasiyasının (AGF), klubun ərsəyə gəlməsində, maddi-texniki bazasının yaradılmasında və inventarla təmin olunmasında yaxından iştirak edən “Qazax Sement Zavodu” MMC-nin nümayəndələri, eləcə də KİV nümayəndələri iştirak edib. Fəxri qonaqlar arasında sərbəst güləş üzrə olimpiya və dünya çempionları, nüfuzlu yarışların mükafatçıları da olub.
Açılış mərasimində AGF-nin vitse-prezidenti Elçin Cəfərov və Qazax Sement Zavodu MMC-nin nümayəndəsi çıxış edərək burada güləşlə məşğul olan yeniyetmə və gənc idmançıları Tovuzda güləş klubunun açılması münasibəti ilə təbrik edib və onlara gələcək karyeralarında uğurlar arzulayıb. Qeyd olunub ki, bu klubun fəaliyyətə başlaması Tovuzda güləşin inkişafına müstəsna xidmət göstərəcək və bu istiqamətdə ciddi təkan verəcəkdir.
Əlavə olaraq qeyd etmək istərdik ki, Qazax Sement Zavodu MMC tərəfindən Ağstafa rayonu, Soyuq Bulaq kəndində yerləşən Güləş Zalı üçün də maddi-texniki bazanın yaradılmasına dəstək olunmuşdur və Qazax rayonunda da buna bənzər dəstəyin göstərilməsi üçün danışıqlar aparılır.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC