2019-cu ilin İyul ayından başlayaraq Qazax Sement Zavodu istehsal etdiyi kisə sement məhsullarının keyfiyyətində və xarici görünüşündə müəyyən təkmilləşdirmələr aparmışdır. Belə ki, kisə məhsullarının ümumi görünüşünün daha cəbedici olması, o cümlədən məhsulların təyinatı və istifadə xüsusiyətləri ilə bağlı daha vacib informasiyaların istifadəçinin rahat görəbiləcəyi yerlərdə yerləşdirilməsi məqsədi ilə şirkət tərəfindən kisələrin xarici görünüşündə dəyişikliklər və əlavələr edilmişdir.

Kisələrin xarici görünüşünün dəyişməsi ilə yanaşı məhsulların keyfiyyətində də ustaların rəyinə əsasən zəruri təkmilləşdirmələr aparılmışdır. Əlavə olaraq şirkət əvvəllər pərakəndə bazara yalnız 50 kq-lıq kisələrdə təqdim etdiyi Betonsem (M500) və Sulfasem (PPS400) məhsullarını artıq həm 50 kq, həm də 40 kq-lıq kisələrdə təqdim edəcək. Beləliklə hazırda şirkətin istehsal etdiyi bütün kisə məhsulları pərakəndə bazara həm 50 kq, həm də 40 kq-lıq kisələrdə təqdim olunacaq. Məhsullar yeni qabşalşdırmada aşağıdakı kimidir.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC