29 Aprel 2019-cu il tarixində Qazax rayonda RİHB-sı cənab Rəcəb Babaşovun iştirakı ilə rayonda tikinti materiallarının satışı ilə məşğul olan sahibkarlarla görüş keçirilmişdir. Tədbirdə rayonda tikinti materialları satışını həyata keçirən sahibkarların qarşılaşdıqları çətinliklər, onların aradan qaldırılması yolları və fəaliyətlərinin genişləndirilməsi imkanları müzakirə edilmişdir. Tədbirdə eyni zamanda rayonda tikinti materialları ilə istehsal edən müəssisələrin, o cümlədən Qazax Sement Zavodunun regiondakı fəaliyyəti və regionun sosial iqtisadi inkişafındakı rolu xüsusi qeyd edilmişdir. Zavodun əməkdaşları son vaxtlarda şirkətin daxili bazar və ixracda əldə etdiyi nailiyyətlər, istehsal həcminin genişləndirilməsi üzrə həyata keçirilən layihələr barədə iştirakçılara məlumat vermişdir.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC