12 fevral 2019-cu ildə Qazax rayonunda RİHB-nın 2018-ci ilin yekunlarına aid hesabat iclası keçirilmişdir. Hesabat iclasında rayonda fəaliyyət göstərən müəssisə və təşkilatların nümayəndələri və qonaqlar iştirak etmişdir. Tədbirdə 2018-ci ildə sənaye, kənd təsərrüfatı və digər sahələr üzrə rayonda aparılan işlər, əldə olunan nailiyyətlər haqda məlumat verilmiş, müxtəlif müzakirələr aparılmışdır.

Tədbirdə eyni zamanda rayonun sənaye, kənd təsərrüfatı, yeyinti və digər sahələrində fəaliyyət göstərən müəssisələrinin istehsal etdikləri məhsulların sərgisi də keçirilmişdir. Qazax Sement Zavodu MMC sərgidə fəal iştirak etmiş, şirkətin əldə etdiyi uğurlar və regionun iqtisadi – sosial inkişafında zavodun rolu barədə qonaqlar məlumatlandırılmış, eyni zamanda ziyarətçilərin müxtəlif suallarına da cavab verilmişdir.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC