03 Dekabr 2019-cu il tarixində Qazax Sement Zavodu MMC Göyçay rayonunda müştərilərlə növbəti görüşünü təşkil etdi. Görüşdə Göyçay və qonşu rayonlardan 60 nəfərədək sahibkar, satıcı və usta iştirak etdi. Tədbir zamanı iştirakçılara sement və beton istehsalı, məhsullar barədə ümumi məlumat verildi, dilerlərlə sement bazarında satışların vəziyyəti müzakirə edildi.

Tədbirin sonunda 2019-cu ilin satış yekunları və digər nailiyyətlərinə əsasən müştərilər müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırıldı.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC