01-18 İyul 2014-cü il tarixlərində Qazax Sement Zavodu MMC-nin Azərbaycanın müxtəlif regionlarında sementin pərakəndə satışı ilə məşğul olan dilerlərlə görüşləri keçirilmişdir. Görüşlərdə Zavodun Satış, Marketinq Departamentinin direktoru Elnur Orucov, Marketinq və Keyfiyyət üzrə mütəxəssislər, region satış menecerləri iştirak etmişdir. Dilerlərlə keçirilən tədbirlərdə zavod haqqında, gələcək planlar haqqında danışılmış, istehsal olunan məhsulların keyfiyyət göstəriciləri, laboratoriya sınaqları nəticələri, sementin qablaşdırılması, saxlanma qaydaları haqqında ümumi məlumatlar verilmiş, müştərilərdən daxil olan təklif və suallar cavablandırılmışdır. Tədbirdə iştirak edən bütün müştərilərə hədiyyələr verilmiş, son 3 ayın nəticələrinə görə satışlarda xüsusi fərqlənən diler və satıcılar sertifikat və xüsusi hədiyyələrlə mükafatlandırılmışdır.

Dilerlər Akkord Sement məhsullarının yüksək keyfiyyəti ilə alıcıların rəğbətini qazandığını, bazarda məhsula olan tələbatın getdikcə artdığını bildirmişlər. Dilerlər Akkord Sementin yeni məhsulu olan Sulfasem – sulfatadavamlı sementin də bazarda tezliklə müştəri rəğbətini qazanacağına əmin olduqlarını bildirmişlər.

Akkord Sement sement satışı həyata keçirən dilerlərlə görüşlər keçirdi
Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC