Ölkəmizin Qərb regionunda fəaliyyət göstərən Qazax sement zavodu 2019-cu ildə istər daxili bazarda, istərsə də ixracda böyük uğurlar qazanıb. Eyni zamanda şirkət tərəfindən 2019-cu ildə istehsal prosesinin təkmilləşdirilməsi və istehsal həcminin artırılması istiqamətində böyük addımlar atılıb. Qazax sement zavodu şirkətin gələcək perspektivləri, inkişaf xətti və bunların müzakirəsi üçün hər zaman alıcı, usta, satıcı və tikinti şirkəti nümayəndələri ilə silsilə görüşlər təşkil edib. Bu görüşlər sement satışına, brendlərə inamın artmasına səbəb olmaqdadır.

Növbəti silsilə görüş 27 İyulda Xaçmaz rayonunda regionun satıcı, usta, tikinti şirkətlərinin nümayəndələri ilə baş tutub. Görüşdə zavod əməkdaşları və alman mütəxəssislər tərəfindən iştirakçılara zavodun istehsal prosesi, məhsulların keyfiyyət göstəriciləri, satış və digər sahələrdə əldə olunan nailiyyətlər, pərakəndə satış bazarında həyata keçirilən müxtəlif kampaniyalar, eyni zamanda Quba rayonunda yeni istifadəyə veriləcək beton zavodu barədə məlumat verilib. Görüş zamanı iştirakçıların sement və beton sahəsinə aid sualları Alman mütəxəssislər tərəfindən cavablandırılıb

Qazax Sement Zavodu Respublikanın digər regionlarında da bu cür silsilə tədbirləri keçirməyi planlaşdırır.

Onu da qeyd edək ki, Qazax sement zavodu yeni “kəs, topla, qazan” kampaniyasına start verib. Beləki zavodun istehsal etdiyi akkord sement kisələrinin sağ tərəfində xüsusi yerləşdirilən hissəni kəsib, toplayıb, sement satış məntəqələrinə təqdim edib, pul və müxtəlif hədiyyələr qazana bilərsiz.

Bütün haqqlar qorunur © 2021 “Qazax Sement Zavodu” MMC